Haqqımızda

"www.imeicode.az" sayti kreditdə olan, itirilmiş və ya oğurlanmış cihazların "İMEİ" kod bazasıdır və tam sosial bir layihədir. Komandamız günümüzün probleminə çevrilmiş, mobil cihazlardan qazanc əldə etmək məqsədi ilə böyük şirkətlərdən kreditə götürərək daha kiçik mobil cihaz mağazalarına və fərdi şəxslərə satan şəxslərə qarşı mübarizə aparmaq məqsədi ilə bu sistemi ərsəyə gətirmişdir.

Bildiyimiz kimi kreditə götürülmüş mobil cihazların kredit borcu 2 ay müddətində ödənilmədiyi halda kredit verən şirkətin "Rabitə Nazirliyinə" göndərdiyi sorğu əsasında "İMEİ" kodu qara siyahıya əlavə olunur və şəbəkədə istifadə olunması məhdudlaşdırılır. Bu isə öz növbəsində həm kredit verən şirkətə, həm daha kiçik mobil cihaz aliş-verişi edən mağazalara, ən əsası isə bu halın qurbanı olmuş alıcılara böyük problemlər yaradır. Bundan başqa sistemdən, telefonu itirilmiş və ya oğurlanmış şəxslər telefonlarının başqa mağaza və ya fərdi şəxlərə satılmasının qarşısını almaq məqsədi ilə istifədə edə bilərlər.

Sistedən istifadə tamamilə ödənişsizdir və heç bir kommersial xarakter daşımır.